Misli Premyer Liqasının IV turunda "Kəpəz"lə qarşılaşan və qələbə qazanan komandamızın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: "Ağır oyun olacağını bilirdik. "Kəpəz" turnir cədvəlinin sonuncu pilləsində yer alsa da, heyətində təhlükəli futbolçular vardı. Komanda olaraq ortaya yaxşı iş qoyduq. Alınmayan detallar da oldu. Layiqli qələbə qazandıq və bu münasibətlə futbolçularımı təbrik edirəm.

Komandamızda keyfiyyətli futbolçular yer alıb. Ancaq onların ustalıq səviyyəsi nə qədər yüksək olsa da, rəqibin də müdafiəçilərini unutmamalıyıq. Hücumçularımız üzərlərinə düşəni etməyə çalışdılar".